Xalq artistinin oğlu universitetə qəbul oldu - FOTO

11 Sentyabr 2021 11:17

Xalq artisti Mənsum İbrahimovun oğlu İbrahim universitetə daxil olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu haqda xanəndə özü məlumat yayıb. Sənətçi övladının ingilis dilində təhsil alacağını bildirib:

"Oğlum İbrahim Qərbi Kaspi Universitetinin tarix fakültəsinə qəbul oldu. İbrahimin timsalında ali məktəblərə qəbul olan bütün tələbələri ürəkdən təbrik edirəm. Xeyirli və uğurlu olsun".

Qeyd edək ki, Xalq artistinin 3 qız övladı da var.

Milli.Az