Türkiyədə sərnişin avtobusu yanıb: 1 ölü, 20 yaralı - FOTO

11 Sentyabr 2021 08:22

Türkiyədə ağır yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Ankarada qeydə alınıb.

Çankaya rayonunda idarəetmədən çıxan sərnişin avtobusu əvvəlcə dirəyə çırpılıb, sonra isə yanmağa başlayıb. Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürənlər, polis və xilasedicilər cəlb edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qəza zamanı 1 nəfər həlak olub, daha 20 nəfər yaralanıb. Yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edilir ki, avtobusun sürücüsü polis tərəfindən saxlanılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Milli.Az