Ukrayna Ali Radasının spikeri ikinci dəfə koronavirusa yoluxub

11 Sentyabr 2021 08:12

Ukrayna Ali Radasının spikeri Dmitri Razumkovun COVID-19 testi pozitiv çıxıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə spiker feysbuk səhifəsində məlumat verib.

Qeyd edək ki, Razumkov birinci dəfə 2020-ci ilin noyabr ayında koronavirusa yoluxduğunu açıqlamışdı. Bu ilin avqustunda isə parlament sədri əks-göstərişləri olduğu üçün peyvənd olunmayıb.

"Özünüzə diqqət edin və COVID-19-un yox olmadığını unutmayın!", - Razumkov deyib.

Spiker bu səbəbdən Kiyevdə keçiriləcək Yalta Avropa Strategiyası sammitində iştirak edə bilməyəcək.

Milli.Az