Ermənistanın Müdafiə Nazirliyi ordudakı intiharlardan narahatdır

11 Sentyabr 2021 08:02

Ermənistanın Müdafiə Nazirliyinin rəhbərliyi orduda intiharların artmasını müzakirə edib.

Milli.Az "Report"a istinadən bildirir ki, bununla bağlı keçirilmiş müşavirənin iştirakçıları silahlı qüvvələrdə intihar hadisələrinin qarşısının alınmasına yönəldilmiş bir sıra təkliflər irəli sürüblər. Ən yüksək zabit heyətinin iştirak etdiyi tədbirdə eyni zamanda öznəqəsd hadisələrinin təfərrüatları və yeni intiharların qarşısının alınmasının müxtəlif yolları müzakirə olunub.

Qeyd edək ki, nazirlik cari ildə ordudakı intihar hallarının sayını açıqlamayıb. Bununla bağlı göstərici ictimaiyyətdən gizli saxlanılır.

Milli.Az