Çində partlayış nəticəsində 8 nəfər ölüb

11 Sentyabr 2021 08:48

Çinin şimal-şərqindəki Lyaonin əyalətinin Dalyan şəhərində məişət qazının partlaması nəticəsində azı 8 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, baş vermiş hadisənin səbəbləri və dağıntının miqyası araşdırılır.

Milli.Az