ABŞ daha 21 vətəndaşını Əfqanıstandan çıxarıb

11 Sentyabr 2021 08:28

Amerika hökuməti başqa ölkələrin də köməyi ilə ABŞ vətəndaşlarından və ABŞ-da yaşamaq icazəsi olan şəxslərdən ibarət daha bir qrup insanı Əfqanıstandan təxliyə edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Emili Horn məlumat verib.

Onun açıqlamasına görə, həmin ABŞ vətəndaşlarından 19-u Qətər Hava Yollarına aid çarter reysi ilə Əfqanıstanı tərk edib, daha ikisi quru nəqliyyatı ilə qonşu dövlətlərdən birinə köçüb. Horn, həmçinin ABŞ-da yaşamaq icazəsi alan 11 nəfərin də iki amerikalı ilə birlikdə Əfqanıstanı tərk etdiyini deyib.

Milli.Az