Fransada turist təyyarəsi qəzaya uğrayıb, ölənlər var

11 Sentyabr 2021 08:18

Fransanın Dijon şəhəri yaxınlığında kiçikhəcmli turist təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə cümə günü təxminən saat 14:30-da (Bakı vaxtı ilə saat 16:30-da) Kot-d'Or departamentindəki Darua aerodromunda baş verib. Təyyarə Nensidən havaya qalxıb və eniş edərkən qəzaya uğrayıb.

Xilasedicilərin bildirdiyinə görə, təyyarənin göyərtəsində olan hər üç şəxs ölüb. Aviaqəzanın pis hava şəraiti səbəbindən baş verdiyi güman olunur.

Milli.Az