Mexiko yaxınlığında torpaq sürüşməsi olub

11 Sentyabr 2021 08:08

Meksikanın paytaxtı Mexiko şəhəri yaxınlığındakı Tlalnepantla bələdiyyəsində üç kiçik yaşayış binasında torpaq sürüşməsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli icra orqanlarının "Twitter" səhifəsində məlumat yayılıb.

İlkin məlumatlara görə, dörd nəfər itkin düşüb. Hadisə yerində ağır texnikanın köməkliyi ilə axtarış-xilasetmə işlərinə başlanılıb.

Milli.Az