Pakistanda sel üç uşağın ölümünə səbəb oldu, 30 yaralı

11 Sentyabr 2021 08:43

Pakistanın Lahor şəhərində şiddətli yağışlar təbii fəlakət və qəzalara səbəb olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, nəticədə, üç uşaq həyatını itirib, ən azı 30 nəfər yaralanıb.

Beş evin tavanı çöküb. Ölən üç uşaq da bu evlərdən birində vəfat ediblər.

Şəhərdə elektrik enerjisinin verilişi dayandırılıb. Xilasetmə işləri davam etdirilir.

Milli.Az