“Mən vicdanlıyam” deyib istefa verdi

11 Sentyabr 2021 08:33

Şimali Makedoniyanın səhiyyə naziri Venko Filipçe Tetovo şəhərində koronavirus xəstələrinin müalicə olunduğu modul tipli xəstəxanada baş verən yanğın səbəbindən istefa verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə o, Şimali Makedoniyanın "Kanal5" kanalına açıqlamasında deyib. O bildirib ki, artıq istefa ərziəsini Baş nazir Zoran Zayevə təqdim edib:

"Mən həm həkim, həm də bir nazir kimi vicdanlıyam. Bu səbəbdən istefa ərizəmi Zoran Zayevə təqdim etdim".

Xatırladaq ki, modul tipli xəstəxanada yanğın sentyabrın 8-də baş verib. Hadisə nəticəsində 14 nəfər ölüb, 12 nəfər yaralanıb.

Milli.Az