“Onu bir neçə saniyəyə yerə sərərəm” - Tramp Baydeni rinqə çağırdı

11 Sentyabr 2021 08:13

Keçmiş ABŞ Prezidenti Donald Tramp hazırkı dövlət başçısı Co Baydeni boks yarışına çağırıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, bu barədə qatıldığı bir boks tədbirində danışıb.

"Böyük ehtimalla, Baydenlə döyüşüm çox asan olardı. Onu bir neçə saniyədə yerə sərərəm", - Tramp qeyd edib.

O, Baydeni döymək istədiyini bildirib:

"Boks yarışı üçün peşəkar birini seçmək çətin olardı. Böyük ehtimalla, Baydenlə döyüşüm çox asan olardı. Çünki məncə, çox sürətlə aşardı".

Milli.Az