Türkiyədə koronavirusdan 214 nəfər öldü

11 Sentyabr 2021 07:46

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 214 nəfər vəfat edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 318 835 nəfər test edilib, 23 562 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 35 083 nəfər sağalıb.

Milli.Az