"Sinovac" peyvəndini Afrikada 6 aylıq uşaqlarda sınayacaq

11 Sentyabr 2021 07:35

Çinin "Sinovac" əczaçılıq şirkəti koronavirusa qarşı peyvəndin təsirini 6 aydan 17 yaşa qədər olan uşaq və yeniyetmələrdə sınayacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu yaşda olan uşaqlarda peyvəndin 3-cü mərhələsinin ilk klinik sınağı olacaq.

Sinovac və Cənubi Afrika tərəfdaşı "Numolux Group" Cənubi Afrikada araşdırmalar aparacaqlar.

Bildirilib ki, onların birgə bəyanatlarına görə, altı aydan 17 yaşa qədər olan uşaq və yeniyetmələri əhatə edən sınaqların məqsədi "Sinovac" peyvəndlərinin koronavirus infeksiyasına və ağır COVID-19 hallarına qarşı təhlükəsizliyinin, immunogenliyinin və effektivliyinin qiymətləndirilməsidir.

Milli.Az