Qəzzadan İsrailə raket atılıb

11 Sentyabr 2021 07:15

Qəzza zolağından İsrail ərazisi istiqamətində raket buraxılıb. Həmin raket hava İsrailin hücumundan müdafiə sistemi ilə dəf edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Ordusu bildirib.

Məlumatda qeyd olunub: "Xəbər veririk ki, İsrailin cənubunda hava hücum sirenlərinin çalmasından sonra Qəzza zolağından İsrail ərazisinə raket atılıb. Raket "Dəmir Günbəz" hava hücumundan müdafiə sistemi tərəfindən dəf edilib".

Milli.Az