Müğənni tanınmaz hala düşdü - FOTO

10 Sentyabr 2021 20:54

Türkiyənin pop müğənnisi Deniz Seki yeni imici ilə sosial medianın gündəminə düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, izləyiciləri son zamanlar "Photoshop" proqramı ilə hazırlanan fotoları ilə müzakirə mənbəyi olan müğənnini tanımayıblar.

Onun "Instagram" hesabından paylaşdığı yeni imici "estetik faciəsi" kimi qiymətləndirilib.

Sevənləri müğənninin yeni görünüşünün əsl Dəniz Səki ilə əlaqəsi olmadığını bildiriblər.

Milli.Az