Həyat yoldaşını döydüyü üçün 1,8 milyon avro cərimələndi

10 Sentyabr 2021 19:06

Fransanın "Lion" klubunun yeni transferi Jerom Boatenqin məhkəməsi keçirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, keçmiş həyat yoldaşına qarşı məişət zorakılığında ittiham olunan 33 yaşlı müdafiəçi 1,8 milyon avro cərimələnib. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

Qeyd edək ki, 2010-2021-ci illərdə "Bavariya"da çıxış edən Boatenq Almaniya millisində 76 oyun keçirib. Müdafiəçi bir neçə gün əvvəl Fransanın "Lion" klubuna transfer olunub.

Milli.Az