“Survivor All Star”ın ilk iştirakçısı məlum oldu

10 Sentyabr 2021 19:54

Türkiyənin məşhur "Survivor All Star" yarışmasına qatılacaq ilk iştirakçının adı açıqlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, gələn il realiti şouda Cemal Can Cansevenlə birlikdə finala çıxan, lakin qalib olmayan Barış Murat Yağcı yer alacaq.

Məlumatı M. Yağçı KİV-ə açıqlamasında təsdiq edib:

"Yarışmaya qatılacağıma görə xoşbəxtəm. Bu dəfə fərqli olacaq. Onun üçün də çox həyəcanlıyam".

Milli.Az