Rusiyada son sutkada daha 18 341 nəfər COVID-19-a yoluxub

10 Sentyabr 2021 19:24

Rusiyada son sutkada daha 18 341 nəfər COVID-19-a yoluxub.

Milli.Az bildirir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 7 102 625 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 789 nəfər artaraq 191 165-ə yüksəlib.

Rusiyada indiyədək koronavirusa yoluxan 6 357 272 nəfər sağalıb.

Milli.Az