Ermənistanda koronavirusa yoluxanların sayı 247 666-ya çatıb

10 Sentyabr 2021 13:26

Ermənistanda daha 669 nəfər COVID-19-a yoluxub.

Milli.Az bildirir ki, bununla bağlı məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 247 666-ya çatıb. Son sutkada koronavirusdan 11 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 979-a yüksəlib.

Koronavirusa yoluxan 231 406 nəfər sağalıb. Hazırda 10 111 pasiyent müalicə olunur.

Milli.Az