Türkiyə ordusu İraqın şimalında 6 terrorçunu məhv edib

10 Sentyabr 2021 11:56

Türkiyə ordusu İraqın şimalında daha 6 PKK terrorçusunu zərərsizləşdirib.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat verilib.

"Qəhrəman Türk Silahlı Qüvvələri İraqın şimalındakı terror yuvalarını dağıtmağa davam edir. "Pençe-Şimşek" əməliyyatlarının keçirildiyi bölgədə müəyyən olunmuş daha 6 PKK terrorçusu əsgərlərimiz tərəfindən zərərsizləşdirilib", - məlumatda qeyd edilib.

Milli.Az