Böyrəkdaşı xəstəliyinin təbii vasitələrlə müalicəsi

18 Sentyabr 2021 08:59

Böyrəkdaşı xəstəliyi olan xəstələrə lazım olan sidikqovucu, spazmolitik, iltihabəleyhinə təsirlərə malik, həmçinin bəzi duzların sorulmasını azaltmaqla onların böyrəklərdən ifrazını artıran bitki yığımını resepti aşağıdakıdır:
20 qram boyaqotu kökü
15 qram qatırquyruğu otu
15 qram quşbuğdası otu
10 qram tozağacı yarpağı
10 qram çobanyastığı çiçəyi
10 qram şüyüd toxumu
10 qram cəfəri toxumu
10 qram dişqurtlayan çiçəyi
10 qram erika çiçəyi
10 qram böymədəran yarpağı
10 qram qarğıdalı saçağı
10 qram mayaotu qozası
10 qram nanə otu
10 qram cirə toxumu
1 xörək qaşığı bitki yığımı 500 ml suda dəmlənir, yeməkdən 15 dəqiqə əvvəl ilıq halda 3 dəfə 150 ml içilir.
Milli.Az