İran Kürd Muxtariyytində bu hədəfləri məhv etdi

10 Sentyabr 2021 10:56

İraq Kürd Muxtariyyətinin ərazisindəki terror qruplarının mövqeləri və təlim düşərgələri məhv edilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Sidekan, Hacı Omeran və Çoman bölgələrində terrorçuların mövqelərini hədəf alıb.

Hücum əsnasında Ərbildə İran Kürdüstan Demokratik Partiyasına (İKDP) məxsus təlim düşərgəsinin də vurulduğu bildirilib.

Məlumata görə, məhv edilən qruplar İrana hücum hazırlıqları planlaşdırırmış.

Qeyd edək ki, İKDP İran rejimi tərəfindən terror təşkilatı olaraq tanınır.

Milli.Az