"Yeməklərimi hər yerə özümlə aparıram"

10 Sentyabr 2021 09:26

Türkiyəli müğənni Gülşən qüsursuz bədən formasının sirrini açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 48 kiloqram olan sənətçi yeməklərini özü hazırladığını deyib:

"Kənarda heç nə yemirəm. Yeməklərimi hər yerə özümlə aparıram. Hər gün 8-10 kilometr yürüyüş edirəm. Həftənin 3 günü pilateslə məşğul oluram. Konsertdən 12 saat əvvəl ağırlıq qaldırıram. Axşamlar saat 23:00-da yatıram, səhər isə 07:00-da oyanıram".

Milli.Az