Britaniyada son sutkada koronavirusdan 167 nəfər ölüb

9 Sentyabr 2021 23:07

Böyük Britaniyada son sutka ərzində 38 013 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 7 132 072 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 167 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 133 841 nəfərə çatıb.

Milli.Az