Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" qruplaşması paytaxt Kabildəki Həmid Kərzay Beynəlxalq Hava Limanının adını dəyişib.
Milli.Az report-a istinadən bildirir ki,bundan sonra aeroport Həmid Kərzayın adını daşımayacaq.
Bu barədə "Taliban" rəhbərliyi qərar qəbul edib.
Qeyd edək ki, hava limanıa 2014-cü ildən ölkənin sabiq dövlət başçısı Həmid Kərzayın şərəfinə onun adı verilmişdi.
Milli.Az