"Barselona" yeni transferini təqdim etdi

9 Sentyabr 2021 18:18

"Barselona" yeni transferi Lyuk de Yonqu təqdim edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, niderlandlı futbolçu ilə rəsmi müqavilə imzalanıb. 31 yaşlı hücumçu yeni klubunda 17 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, de Yonq transfer pəncərəsinin son günündə "Sevilya"dan "Barselona"ya keçib.

Milli.Az