Yaqub Zurufçunun ağciyərlərinin 80 %-i buzlaşıb

9 Sentyabr 2021 18:00

TƏBİB koronavirusa (COVID-19) yoluxan Əməkdar artist Yaqub Zurufçunun səhhəti barədə açıqlama verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, məşhur müğənni süni tənəffüs aparatına qoşulub.

"Yeni Klinika"dan verilən məlumata görə, koronavirusa yoluxan Əməkdar artistin vəziyyəti ağır qiymətləndirilir:

"Ağciyərlərində COVID-lə bağlı ikitərəfli pnevmoniya yaranıb. Ciyərlərində 80 % buzlu şüşə, hipoksemik tənəffüs çatışmazlığı var. Qeyri-invaziv süni tənəffüs aparatı dəstəyindədir".

Qeyd edək ki, Y. Zurufçu bu gün "Yeni Klinika"nın reanimasiya şöbəsinə yerləşdirilib.

Milli.Az