Nazir rəis müavinini vəzifədən azad etdi

9 Sentyabr 2021 14:45

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. 

Milli.Az Oxu.az-a istinadən bildirir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Samux Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Cavid Məmmədov vəzifəsində azad olunub.

Nazirin digər əmri ilə o, Cəlilabad RPŞ-nin xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilib.

Milli.Az