Ermənistanda fermerlər yolu bağlayıb

9 Sentyabr 2021 13:10

Ermənistanın Ararat vilayətində yetişdirdikləri üzümü sata bilməyən fermerlər Yerçan-Yerasx avtomobil yolunun Şaumyan kəndindən keçən hissəsini bağlayıblar.

Milli.Az report-a istinadən bildirir ki, onlar ölkənin Baş naziri Nikol Paşinyanla görüş tələb edirlər.

Aksiya iştirakçıları üzümün satın alınması ilə bağlı yaranmış problemin həll olunmadığını bildiriblər: "Biz nə qubernatora, nə də iqtisadiyyat naziri Vaan Kerobyana inanırıq. Biz Nikol Paşinyanla görüş tələb edirik, ümidimiz onadır".

Milli.Az