Balakəndə müəllim koronavirusdan öldü

9 Sentyabr 2021 13:03

Balakən şəhər Nizami adına 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Vüqar Həsənov COVID-19-dan dünyasını dəyişib.

Milli.Az bildirir ki, bu barədə məktəbin rəsmi "Facebook" səhifəsi məlumat yayıb.

Bildirilib ki, V. Həsənov dünən koronavirusdan vəfat edib. Bir müddət əvvəl o, müalicə almaq üçün Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi.

Milli.Az