Azərbaycanda 41 yaşlı kişi gənc qızı oğurlayaraq zorladı

9 Sentyabr 2021 13:09

Azərbaycanda itkin düşən gənc qızın oğurlanaraq zorlandığı məlum olub. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə Goranboy rayonunda qeydə alınıb. 

Məlumata görə, 41 yaşlı Ramil Bayramov 19 yaşlı qızı qaçırıb, bir gün sonra isə onu zorlayıb. 

Hüquq-mühafizə orqanlarının keçirdiyi tədbirlər nəticəsində gənc qız evinə qaytarılıb.

R.Bayramov barəsində isə Goranboy Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Milli.Az