Nazir beynəlxalq ictimaiyyəti Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıb

9 Sentyabr 2021 12:15

Ermənistanın təxribatı nəticəsində həyatı və təhsili yarımçıq qalan övladlarımızı dərin kədərlə yad edirik.

Milli.Az bildirir ki, bunu Xarici işlər naziri Ceyhun Bayramov "Twitter" səhifəsində etdiyi paylaşımda bildirib.

"Dayanıqlı gələcəyin təminatı üçün insanların təhsil hüququ olmalı, təhsilə olan hər növ hücum beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanmalıdır" - deyə paylaşımda qeyd olunub.

Milli.Az