Niyə Peyğəmbərimiz südü əvvəlcə İmam Həsənə verdi?

11 Sentyabr 2021 19:15

Bir gün Həzrət Peyğəmbər (s) istirahət halında idi. İmam Həsən (ə) ondan su istədi. Həzrət (s) də bir qədər süd sağdı və kasaya tökdü. Bu zaman Hüseyn (ə) yerindən qalxdı ki, kasanı alıb içsin. Ancaq Peyğəmbər (s) südü İmam Həsənə (ə) verdi.

Xanım Zəhra (s.ə) bu mənzərəni görən zaman atasına buyurdu: "Ya Rəsulallah! Sanki Həsəni (ə) daha çox sevirsiniz?".

Həzrət (s) buyurdu: "Belə deyildir. Mənim Həsəni (ə) müdafiə etməkdə məqsədim - onun haqqının qabaqcıl olmasıdır. Çünki daha tez su istəmişdi. Növbəni qorumaq lazımdır". (Hədənə)

Bu mübarək hədis bizə növbəyə riayət etməyin mühümlüyünü bir daha çatdırır.

Allah Təala bizləri insanların haqqını əda edənlərdən qərar versin!

Milli.Az