Yasamalda bıçaqlanma

3 May 2010 12:14
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, hadisə Şərifzadə küçəsində baş verib. Bakı şəhər sakini Səid Abbasov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində hadisədə təqsirli bilinən şəxs müəyyən edilib. Bakı şəhər sakini Turan Ağayev şübhəli şəxs qismində tutulub.
 
Faktla bağlı cinayət işi başlanıb, hadisənin motivi barədə açıqlama verilmir.

Anar Məmmədov
Milli.Az