Azərbaycanda veteran futbolçu vəfat edib

9 Sentyabr 2021 12:03

Azərbaycanın veteran futbolçusu Məmmədnağı Babayev vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə "Neftçi" klubu məlumat yayıb. Babayev 86 yaşında dünyasını dəyişib.

"Ağ-qaralar" sabiq oyunçunun vəfatından kədərləndiyini bildirib, mərhumun ailəsinə və Azərbaycan futbol ictimaiyyətinə başsağlığı verib.

Milli.Az