Artezian quyusundan 20 cəsəd aşkar olundu - Polis hərəkətə keçdi - VIDEO

9 Sentyabr 2021 14:18

Cinayət xəbərləri ilə tez-tez gündəmdə olan Meksikada polis daxil olan xəbər əsasında artezian quyusunda axtarış aparıb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, 30 metr dərinlikdən 20 cəsəd tapılıb. Hadisə ilə bağlı istintaq başladılıb. Meksika dünyanın ən təhlükəli ölkələrindən biri olaraq qeyd olunur.

Kamran Seyidov
Milli.Az