Əfqanıstanda qalan sonuncu yəhudinin taleyinə aydınlıq gəlib

9 Sentyabr 2021 10:06

Əfqanıstanda qalan sonuncu yəhudi, 62 yaşlı Zebulon Simantovun taleyinə aydınlıq gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İsrailin "Kan" radiostansiyasının məlumatına görə, o, təxliyə əməliyyatlarının aparıldığı bir vaxtda ölkəni tərk edib.

Simantovun şəxsi xeyriyyə təşkilatının yardımı ilə Əfqanıstandan çıxarıldığı bildirilib. Onu xüsusi mühafizə dəstəsi müşayət edib.

Yəhudinin ABŞ-a, ailəsinin yanına yollandığı qeyd edilib.

Milli.Az