Meyxanaçı Ağakərimin ölüm xəbəri yayıldı, ailəsi təkzib etdi

9 Sentyabr 2021 08:09

Tanınmış meyxanaçı Kərim Novruzovun vəfat etməsi barədə yayılan məlumat həqiqəti əks etdirmir.

Bu barədə Baku.ws-ə Ağakərimin bacısı oğlu Rüstəm Cənnətov məlumt verib.

"Kərim Novruzovun ölməsi barədə məlumatlar yalandır. Sadəcə o yataq xəstəsidir, müalicə alır. Bu barədə yalan məlumat verənləri məhkəməyə verəcəyik", - deyə Rüstəm Cənnətov əlavə edib.

Qeyd edək ki, meyxanaçının ölümü barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Milli.Az