Sudanda hərbi təyyarə qəzaya uğrayıb

9 Sentyabr 2021 09:00

Sudanın paytaxtı Xartumun qərbində hərbi təyyarə qəzaya uğrayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Sudan Xəbər Agentliyi (SUNA) məlumat yayıb.

Bildirilir ki, təyyarə günorta saatlarında Eş-Şeqilab bölgəsindəki Ağ Nilə düşüb.

Qəza yerinə hərbçilər və hüququ mühafizə orqanlarının əməkdaşları cəlb olunub, təyyarəni tapmaq hələ mümkün olmayıb.

Milli.Az