“Qalatasaray”da braziliyalı futbolçu

9 Sentyabr 2021 08:38

"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi braziliyalı yarımmüdafiəçi Qustavo Assunsaonu heyətinə qatıb.
 
21 yaşlı futbolçu Portuqaliyanın "Famalikan" klubundan satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürülüb.
 
Qeyd edək ki, Assunsao Madrid "Atletiko"sunun yetirməsidir. O, 2019-cu ildən "Famalikan"da çıxış edirdi.

Milli.Az