Raykaard Vaqif Cavadovun baş məşqçisi olacaq

3 May 2010 12:29
Dünən Hollandiya çempionlu olan "Tvente" baş məşqçisi Stiv Maklarenlə yollarını ayırmağa hazırlaşır.

Fanat.az xəbər verir ki, bu iddia ilə çıxış edən Hollandiya mətbuatı Maklarenin yenidən İngiltərəyə qayıtmağa hazırlaşdığını yazıb.

Artıq "Tvente" yeni baş məşqçi axtarışlarına başlayıb. Məlumata görə, klub prezidenti Joop Munstermanın hədəfindəki ilk isim hazırda "Qalatasaray"a başçılıq edən Frank Raykaarddır.

Məlumata görə, 2004-cü idən "Tvente"yə rəhbərlik edən Munstermanın komandanın Çempionlar Liqasında uğurlu çıxış etməsini istəyir və bu səbəbdən Raykaardı hədəfə alıb. Klub prezidenti holland mütəxəssisi vətənə qaytarmaq üçün nə qədər pul lazımdırsa, xərcləyəcəyini deyib. Deyilənə görə, Munsterman "Qalatasaray"ın baş məşqçisinə illik 4 milyon avro və Çempionlar Liqasında uğurlu çıxış qarşılığında böyük məbləğdə mükafat vəd edib.

Qeyd edək ki, "Tvente"də milli komandamızın üzvü Vaqif Cavadov çıxış edir.

/Fanat.az/