Bakı sakinini yeznəsi bıçaqladı

9 Sentyabr 2021 08:53

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsində yaşanıb.

Kommunal küçəsi, ev 1 ünvanında 1980-ci il təvəllüdlü Məmmədov Əli Cəmşid oğlu yeznəsi ilə əlbəyaxa dava zamanı qarnından bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Milli.Az