Bakı-Sumqayıt şosesində piyadanı avtomobil vurub

9 Sentyabr 2021 08:43

Abşeron rayonunda yol qəzası zamanı 1 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, avtoqəza Bakı-Sumqayıt şosesinin Abşeron Gənclər Şəhərciyinin qarşısına düşən hissəsində qeydə alınıb.

1953-cü il təvəllüdlü Abıyev Ağaməmməd Əziz oğlu yolun piyadalar üçün nəzərdə tutulan yerüstü körpüdən istifadə etməyərək qəfil magistral şoseyə çıxıb. Bu zaman onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Milli.Az