Rusiyada yaşayış binasında partlayış nəticəsində ölənlərin sayı 5-ə çatıb

9 Sentyabr 2021 08:23

Rusiyanın Moskva vilayətinin Noqinsk şəhərində yaşayış binasında qaz sızması zamanı baş vermiş partlayış nəticəsində ölənlərin sayı 5-ə çatıb.

Bu barədə TASS-a Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti Baş İdarəsindən məlumat verilib.

"Həyatını itirən beşinci şəxsin cəsədi dağıntılar altından çıxarılıb", - deyə mənbə bildirib.

Məlumata görə, cəsədi tapılan uşaqdır, hazırda iki nəfərin taleyi naməlum olaraq qalır.

Hazırda axtarış-xilasetmə işləri davam edir. Son məlumata görə, hadisə nəticəsində ikisi uşaq olmaqla, 15 nəfər xəsarət alıb. Altı yaralı xəstəxanaya yerləşdirilib.

Milli.Az