Gələn ilin dövlət büdcəsi üzrə proqnozlaşdırılan gəlir açıqlanıb

8 Sentyabr 2021 19:14

2022-ci ildə dövlət büdcəsinin gəlirləri 26 407 mln. manat məbləğində proqnozlaşdırılır. Bu isə ÜDM-in 32,5%-ini təşkil edəcək.

Milli.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin məlumatında qeyd edilir ki, gəlirlərin proqnozlaşdırılan həcmi 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 3,8% çoxdur.

Gəlirlərin 52,4%-i neft sektorunun, 47,6%-i qeyri-neft sektorunun payına düşəcək.

Milli.Az