Şenol Günəş istefaya göndərilir

8 Sentyabr 2021 19:54

Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş vəzifəsindən ayrıla bilər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Günəşin DÇ-2022-nin seçmə mərhələsində Niderlanda böyükhesablı məğlubiyyətə görə (1:6) vəzifəsindən göndəriləcəyi gözlənilir.

69 yaşlı mütəxəssis 2019-cu ilin martından Türkiyə millisini çalışdırır.

Milli.Az