Kraliçanın qolbaqları 6 milyona satılacaq - FOTO

8 Sentyabr 2021 20:42

İngiltərənin məşhur hərrac evi "Christie's" Fransanın inqilabdan əvvəl son kraliçası Mariya Antuanettaya aid iki almaz bilərziyi noyabrın 9-da hərraca çıxaracaq.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, üzərində 112 brilyant olan qolbaqların dəyərinin 4 milyon dollar (təxminən 6 milyon 796 min manat) olduğu bildirilib.

Aksesuarlar 150 karatdır. İkisi bir araya gətirilərək boyunbağı kimi də istifadə oluna bilər.

Milli.Az