“Neftçi” braziliyalı hücumçu transfer etdi - VİDEO

8 Sentyabr 2021 19:24

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" braziliyalı hücumçu Tiaqu Bezerranın keçidini həll edib.

Flaqman 34 yaşlı forvardın transferini xüsusi videoçarxla açıqlayıb.

Qeyd edək ki, Bezerra son olaraq Qətərin "Əl-Sayliya" klubunun formasını geyinib.

Milli.Az