Xəbər verdiyimiz kimi, məşhur cütlük Aras Bulut İynemli və Bige Önal 6 illik münasibətlərini bitirib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, gözlənilməz ayrılığın pərdəarxası səbəbləri ortaya çıxıb. "Snob" dərgisinin yeddinci sayında dərc olunan yazıda cütlüyün bir-birinə olan hislərinin azalması səbəbindən belə bir qərar aldıqları qeyd olunub:
"Ayrılma istəyi Bige Önal tərəfindən gəlib. Önalın evlənmək istəməsi, lakin Arasın "hələ tezdir" deyərək müddəti uzatması ikili arasındakı bağları qoparıb. Bu səbəbdən Bige münasibətlərini bitirmək istəyib. Aras da bununla razılaşıb".
Milli.Az