Smartfonların istehsalçılar tərəfindən 7 il dəstəklənəcək?

11 Sentyabr 2021 07:31

Almaniya hökuməti yeni smartfonların öz aktuallıqlarını ilk bir neçə il ərzində deyil, 7 il ərzində itirməmələrini mümkün edəcək təşəbbüs üzərində çalışır. Almaniya hökuməti Avropa Birliyinin smartfon istehsalçılarından cihazların dəstəklərini uzatmağı tələb etməsini istəyir. Beləliklə Almaniya hökumətinin istəyinə əsasən smartfon istehsalçıları 7 il ərzində öz cihazlarını təhlükəsizlik yenilənmələri və servis mərkəzlərini lazımi smartfon detalları ilə təmin etməlidirlər. Qeyd etmək lazımdır ki, Avropa Birliyinin öz qanun layihəsi bu qədər dəstək müddəti tələb etmir. Belə ki, Avropa Birliyinin tələb etdiyi müddət 5 ildir.

Avropa Birliyinin 2023-cü ilə kimi qəbul edilə biləcəyi bu qanun layihəsi ətraf mühitin qorunması üçün nəzərdə tutulub. Belə ki, smartfonların istehsalçılar tərəfindən uzunmüddətli dəstəklənmələri öz növbəsində onların daha uzun müddət ərzində istifadəsinə səbəb olacaq. Almaniya hökuməti tərəfindən təklif edilmiş 7 illik dəstək müddəti faktiki olaraq smartfonları kompüterlərin dəstəklənmə müddəti səviyyəsinə yüksəldə bilər. Heç təəccüblü deyil ki, bu cür təklif DigitalEurope adlı təşkilat tərəfindən tənqid olunub. Qeyd etmək lazımdır ki, bu təşkilata Apple, Google və Samsung şirkətləri daxildirlər. Sözügedən təşkilat Avropa Birliyindən dəstək müddətinin 3 ilə endirilməsini tələb edir.

Milli.Az